Modern.az

Tramp sualların 100 faizinə cavab verdi

Tramp sualların 100 faizinə cavab verdi

Dünya

2 Yanvar 2026, 18:33

ABŞ Prezidenti Donald Trump planlı tibbi müayinədən keçdiyini və üçüncü dəfə ardıcıl olaraq idrak (koqnitiv) testindən uğurla çıxdığını açıqlayıb.

Modern.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, Ağ Evin həkimləri onun “ideal sağlamlıq vəziyyətində” olduğunu təsdiqləyib və koqnitiv testdə sualların 100 faizinə düzgün cavab verib. ABŞ prezidenti iddia edib ki, indiyədək nə digər prezidentlər, nə də keçmiş vitse-prezidentlər belə bir testi könüllü şəkildə verməyə razılaşıb.

Paylaşımında Tramp prezident və vitse-prezident postuna namizədlər üçün məcburi koqnitiv testlərin tətbiq olunmasını da təklif edib. Onun sözlərinə görə, ABŞ kimi bir ölkə “ağılsız və ya qeyri-kompetent şəxslər” tərəfindən idarə edilə bilməz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ