Modern.az

Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq

Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq

Dünya

2 Yanvar 2026, 19:30

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarovla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanın Pakistana 2 milyard dollar dəyərində investisiyasının reallaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluqlarını ifadə ediblər və münasibətləri daha da inkişaf etdirmək barədə razılığa gəliblər.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ