Modern.az

Ukrayna kəşfiyyatına yeni rəhbər təyin edildi

Ukrayna kəşfiyyatına yeni rəhbər təyin edildi

Dünya

2 Yanvar 2026, 19:47

Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin  rəhbəri postuna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenko təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Bu gündən etibarən, Oleq İvaşenko ölkəmizə xidmət etmək Rusiyanın hərbi potensialını məhdudlaşdırmaq üçün tapşırıqları Ukrayna hərbi kəşfiyyatı mövqelərində yerinə yetirəcək”, - Zelenski qeyd edib.

O bildirib ki, Ukrayna Rusiyanın iqtisadi potensialını hədəfə almağa davam edəcək.

Qeyd edək ki, Hərbi Kəşfiyyat Baş İdarəsinin bundan əvvəlki rəhbəri Kiril Budanov Prezident Ofisinin rəhbəri təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ