Modern.az

Türkiyənin ən güclü partiyaları - SİYAHI

Türkiyənin ən güclü partiyaları - SİYAHI

Dünya

2 Yanvar 2026, 20:10

Türkiyədə ən çox üzvü olan siyasi partiyalar məlum olub.

Modern.az-ın məlumatına görə, 2025-ci ilin iyul ayından 2026-cı ilin yanvar ayınadək ən böyük üzv artımı hakim Ədalət və İnkişaf Partiyasında (AK Partiya) qeydə alınıb.

Hakim partiyanın üzvlərinin sayı altı ay ərzində 664 min 568 nəfər artaraq 11 milyon 543 min 301-ə yüksəlib.

Müsbət dinamika göstərən partiyalar sırasında Səadət Partiyası və Açar Partiyası da yer alır. Səadət Partiyasının üzvlərinin sayı 67 min 244 nəfər artaraq 314 min 86-ya, Açar Partiyasının üzvlərinin sayı isə 62 min 491 nəfər artaraq 105 min 342-yə çatıb.

Cümhuriyyət Xalq Partiyası da hesabat dövründə üzv artımı qeydə alan partiyalardandır; CHP-nin üzvlərinin sayı 19 min 325 nəfər artaraq 1 milyon 922 min 757 olub. Yenidən Rifah Partiyası və Milliyyətçi Hərəkat Partiyasında artım daha məhdud səviyyədə qalıb.

Eyni zamanda bir sıra partiyalarda üzv sayında azalma müşahidə edilib. Türkiyə İşçi Partiyası, İYİ Partiya, Zəfər Partiyası, Gələcək Partiyası, Demokratiya və Atılım Partiyası və Demokrat Partiya bu müddətdə üzv itirən siyasi qurumlar sırasındadır. Ən böyük azalma Demokrat Partiyada qeydə alınıb – 6 min 759 nəfər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ