Ermənistan Cənubi Qafqaz ölkələri arasında ümumi daxili məhsula (ÜDM) nisbətdə ən yüksək dövlət borcuna malikdir.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu məlumat yayıb.
Bildirilir ki, Ermənistanın dövlət borcunun ÜDM-ə nisbəti 53,4 faizdir. Gürcüstanda bu nisbət 34,2 faiz, Türkiyədə 24,3 faiz, Rusiyada 23,1 faiz, İranda isə 35,6 faiz təşkil edir. Ən aşağı göstrici Azərbaycandadır - 22,4 faiz.
Yaponiya dövlət borcunun ÜDM-ə nisbəti 230 faizlə dünyada ən yüksək olan ölkədir.