Cümə günü Meksikanın cənubunda yerləşən Gerrero ştatında 6,5 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, ilkin məlumatlara görə, dağıntılar və ciddi fəsadlar qeydə alınmayıb. Yeraltı təkanların ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib, episentr isə Akapulko şəhəri yaxınlığında, San-Markos ərazisində olub.
Güclü yeraltı təkanlar paytaxt Mexikoda da hiss edilib və burada zəlzələlər barədə erkən xəbərdarlıq sistemi işə düşüb. Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, o, Gerrero ştatının hakimiyyət orqanları ilə təmasdadır və hazırda ciddi ziyanla bağlı məlumat daxil olmayıb.
Zəlzələ dövlət başçısının bu il üzrə ilk mətbuat konfransının müvəqqəti olaraq dayandırılmasına səbəb olub.