Modern.az

ABŞ Rusiya silahını məhv edib

ABŞ Rusiya silahını məhv edib

Dünya

3 Yanvar 2026, 19:31

Venesuelada ABŞ-ın zərbəsi nəticəsində məhv edilmiş Rusiya istehsalı olan "Buk" hava hücumundan müdafiə sisteminin fotosu internetdə yayılıb.

Modern.az xəbər verir ki, fotoşəkildə MZKT-6922 şassisindəki "Buk-M2E" zenit-raket sistemi görünür.

Kompleks "Generalissimo Francisco de Miranda" hava bazasına endirilən hava zərbəsi zamanı vurulub.

"Buk-M2E" təyyarələri, qanadlı raketləri və digər hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Sistem F-15 qırıcı təyyarəsini 45 kilometrə qədər məsafədən vurmaq qabiliyyətinə malikdir. Hər buraxılış qurğusu dörd raket daşıyır. Venesuela raketlərin ilk partiyasını 2015-ci ildə alıb. Karakasda ümumilikdə 12 belə raket sistemi var idi.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?