Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
Modern.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, hadisə Cənubi Koreya prezidenti Li Çje Myonqun Çin sədri Si Cinpinin dəvəti ilə Çinə üç günlük dövlət səfərinin başlaması ilə eyni vaxta təsadüf edib.
Daha sonra Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın başqa bir ehtimal edilən raket buraxılışı barədə məlumat verib və raketlərin çox güman ki, artıq düşdüyünü bildirib.
Öz növbəsində Yaponiya Müdafiə Nazirliyi isə vurğulayıb ki, Şimali Koreya tərəfindən buraxılan iki ballistik raket ölkənin müstəsna iqtisadi zonasından kənarda, Yapon dənizinə düşüb. Nazirlik bildirib ki, buraxılışdan sonra hər hansı dağıntı qeydə alınmayıb.