Venesuela xalqı Nikolas Maduronun diktaturasından qurtulub və yalnız sevinə bilər. Nikolas Maduro hakimiyyəti ələ keçirməklə və fundamental azadlıqları tapdalamaqla xalqının ləyaqətini ciddi şəkildə sarsıdıb. Qarşıdan gələn keçid dövrü dinc, demokratik və Venesuela xalqının iradəsinə hörmətlə yanaşmalıdır.
Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsini şərh edərkən deyib.
Makrona görə, bu keçid dövrü müxalifət lideri Edmundo Qonzales Urrutiaya tərəfindən təmin edilə bilər.
Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.