İranda etiraz aksiyaları zamanı toqquşmalar nəticəsində ölənlərin sayı artıb.
Modern.az İran mediasına istinadən xəbər verir ki, şənbə günü günorta saatlarında İranın İlam əyalətində toqquşmalar zamanı 3 nəfər ölüb.
Toqquşmalar nəticəsində daha bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumat yayılıb.