Bu gün Abovyan şəhərində, İrəvan yaxınlığında yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
İlkin məlumata görə, məntəqə işçisi siqaret yandırıb və bu, partlayışa səbəb olub. O, İrəvan Milli Yanıq Mərkəzinə çatdırılıb, vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi açılıb.