Modern.az

İsveçrədə matəm elan edildi

İsveçrədə matəm elan edildi

Dünya

4 Yanvar 2026, 12:06

İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan edilib.

 

Modern.az-ın xəbərinə görə, bunu İsveçrə Konfederasiyanın Prezidenti, ölkənin iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.

 

Gi Parmelen deyib ki, Kran-Montana kurortunda barda yanğında 40 nəfərin həyatını itirməsiylə əlaqədar 9 yanvar Milli Matəm Günü elan ediləcək.

 

Saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayan zaman İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Prezident anım mərasimində iştirak edəcəyini söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ