Modern.az

Myanmada 6 mindən çox məhbus əfv edildi

Myanmada 6 mindən çox məhbus əfv edildi

Dünya

4 Yanvar 2026, 16:53

Myanmanın Böyük Britaniyadan müstəqilliyinin 78-ci ildönümü münasibətilə 6134 məhbus əfv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Myanmanın Silahlı Qüvvələrinin Baş Komandanı və prezident səlahiyyətlərini icra edən Min Aun Hlayn bu gün sərəncam imzalayıb.

 

Məhbusların bir qisminin isə cəza müddətləri azaldılıb. Əfv qətl və təcavüzlə bağlı həbsdə olanlara, təhlükəsizlik əleyhinə cinayət törədənlərə şamil olunmayıb.

 

Əfv olunanlar arasında 52 xarici ölkə vətəndaş da var. Onlar ölkədən deportasiya ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ