Modern.az

Yunanıstanda hava limanları bağlandı - KRİZ

Yunanıstanda hava limanları bağlandı - KRİZ

Dünya

4 Yanvar 2026, 15:39

Yunanıstanda radio tezlikləri ilə bağlı yaranan texniki problemlər səbəbindən ölkə üzrə bütün hava limanları müvəqqəti olaraq bağlanıb.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, havada olan təyyarələr təhlükəsizlik məqsədilə Türkiyə hava limanlarına yönləndirilib.

 

Uçuşların nə vaxt bərpa ediləcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumata görə, baş verən nasazlıq səbəbindən aviareyslərdə ciddi gecikmələr müşahidə olunur.

 

Səlahiyyətli qurumlar problemin aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirir.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ