Modern.az

Anarxistlər Berlini qaranlığa qərq etdilər

Anarxistlər Berlini qaranlığa qərq etdilər

Dünya

5 Yanvar 2026, 00:58

Berlinin cənub-qərbində minlərlə evin və obyektin elektrik təchizatının kəsilməsinə səbəb olan təxribatın ifrat solçu qrupla əlaqəli olduğu təsdiqlənib.

 

Modern.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, Almaniyanın hüquq-mühafizə orqanları şəhərin Steqlits-Zehlendorf rayonundakı Lixtenfelde elektrik stansiyasına gedən kabellərin yandırılması ilə nəticələnən hücuma görə ifrat solçu - “Vulkan qrupu” adlı təşkilatın məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb.

 

Hadisə nəticəsində Berlinin cənub-qərbində on minlərlə sakin ötən gündən etibarən elektriksiz və istiliksiz qalıb. Berlin Əyalət Kriminal İdarəsi hadisənin etiraf edilməsi ilə bağlı göndərilən məktubla əlaqədar istintaqın aparılması üçün xüsusi qrup yaradıb. Araşdırmalara Federal Kriminal Polis İdarəsi və Konstitusiyanın Mühafizəsi Xidməti də cəlb olunub.

 

Berlinin meri Kay Veqner hücumun siyasi motivli terror aktı əlamətləri daşıdığını bildirərək təqsirkarların müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirlərinin gücləndirildiyini açıqlayıb.

 

Elektrik şəbəkəsi operatoru təchizatın tam bərpasının yanvarın 8-də mümkün olacağını proqnozlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ