Modern.az

Hindistanda 5.4 bal gücündə ZƏLZƏLƏ

Hindistanda 5.4 bal gücündə ZƏLZƏLƏ

Dünya

5 Yanvar 2026, 09:06

Hindistanın şərqindəki Assam əyalətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 899 min əhalisi olan Quvahati şəhərindən 76 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ