Modern.az

Xamenei bu ölkəyə qaça bilər

Xamenei bu ölkəyə qaça bilər

Dünya

5 Yanvar 2026, 14:22

İranın ali lideri Əli Xamenei təhlükəsizlik qüvvələrinin ölkədəki etirazları yatırmaması halında Tehrandan təxliyə planı hazırlayıb.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” qəzeti kəşfiyyat məlumatlarına əsasın yazıb.

Bildirilib ki, İranın təhlükəsizlik qüvvələri etirazçılardan yayınarsa və ya onların tərəfini tutarsa, 86 yaşlı Xamenei paytaxtı 20 ailə üzvü və köməkçisi ilə birlikdə tərk etmək niyyətindədir. Nəşrin qeyd etdiyi kimi, planda İranın ali liderinin oğlu və varisi Müctəba Xameneinin təxliyəsi də nəzərdə tutulur.

İsrailin keçmiş kəşfiyyat zabiti Benni Sabtinin sözlərinə görə, Xamenei Moskvaya qaça bilər, “çünki onun üçün başqa yer yoxdur".

“Tayms” qəzetinin istinad etdiyi xəbərdə deyilir ki, İranın ali lideri 2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibədən bəri zəifləyib. Əli Xamenei uzun müddətdən sonra - İranda son bir neçə gün davam edən etirazlar fonunda ictimaiyyət qarşısına çıxıb.

“Tayms” qəzetinin məlumatına görə, Əli Xameneinin təxliyə planı 2024-cü ilin dekabrında devrilmiş və Rusiyada sığınacaq almış Suriya prezidenti Bəşər Əsədin qaçmasına əsaslanır.

2025-ci ilin sentyabr ayının sonlarında Suriya məhkəməsi keçmiş prezidenti qiyabi olaraq həbs edib və ona qətl, işgəncə və qanunsuz həbs ittihamları irəli sürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ