Modern.az

Rusiyada rekord sayda ömürlük həbs cəzası kəsilib

Rusiyada rekord sayda ömürlük həbs cəzası kəsilib

Dünya

5 Yanvar 2026, 14:34

2025-ci ildə Rusiyada 100 nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Modern.az xəbər verir ki, bu, Rusiyada son illərdə qeydə alınan rekord rəqəmdir.

Nəlumatı Rusiya Ali Məhkəməsinin mətbuat xidməti açıqlayıb.

Statistikaya görə, əvvəlki ən yüksək rəqəmlər 2005 və 2012-ci illərdə olub, Rusiya məhkəmələri həmin illəırin hər birində 84 ömürlük həbs cəzası verib. 2020-ci ildə Rusiya məhkəmələri 66 belə hökm çıxarıb, 2021-ci ildə 47, 2022-ci ildə 58, 2023-cü ildə 78 və 2024-cü ildə 79 ömürlük məhkum qeydə alınıb.

Ümumilikdə, 2005-ci ildən 2024-cü ilə qədər Rusiya məhkəmələri 1316 ömürlük həbs cəzası verib.

Son illərdə Rusiya Cinayət Məcəlləsinin bir neçə əlavə maddəsinə ömürlük həbs cəzası əlavə edilib. Xüsusilə, bu cəza dövlətə xəyanət, terror aktının təşkili və yetkinlik yaşına çatmayanları terror fəaliyyətinə təhrik etmə və ya cəlb etmə kimi maddələrə görə müəyyən edilir. Lakin ömürlük həbs cəzası qadınlara, cinayəti 18 yaşına çatmamış törədən şəxslərə və ya hökm çıxarıldığı zaman 65 yaşına çatmış kişilərə tətbiq edilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ