Modern.az

Azərbaycan benzini Ermənistana necə kömək edib?

Azərbaycan benzini Ermənistana necə kömək edib?

Dünya

6 Yanvar 2026, 18:16

Ermənistan Azərbaycandan idxal edilən benzin sayəsində ildə təxminən 100 milyon dollar qənaət edəcək.

Modern.az xəbər verir ki, bunu şirkəti Azərbaycan benzinini idxal edən Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib. 

"Son 30 il ərzində Ermənistan daima müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb, nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, hər il 80-100 milyon dollar qənaət edərdi. Bu məbləğ digər sektorların inkişafı üçün istifadə oluna bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır