ABŞ-ın "Boston Dynamics" texnologiya şirkəti yeni nəsil humanoid (insanabənzər) robotunu təqdim edib.
Modern.az xəbər verir ki, şirkətin yaydığı görüntülərə əsasən, robot insan yerişinə bənzər şəkildə hərəkət edə bilir. Bundan başqa, o, gövdəsini və başını 360 dərəcə sürətlə fırlatmaq qabiliyyətinə malikdir.
Təqdim edilən humanoid robotun çevikliyi və hərəkət imkanları əvvəlki modellərlə müqayisədə xeyli təkmilləşdirilib. Şirkət robotun gələcəkdə sənaye, logistika və təhlükəli mühitlərdə istifadə oluna biləcəyini bildirir.
Şirkət hələlik robotun kommersiya istifadəsi və bazara çıxarılma tarixi ilə bağlı əlavə detalları açıqlamayıb.