Modern.az

Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi 

Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi 

Dünya

6 Yanvar 2026, 22:37

Fransada Prezident Emmanuel Makronun həyat yoldaşı, ölkənin birinci xanımı Bricit Makron barəsində internetdə təhqiredici və aşağılayıcı paylaşımlar edən 10 nəfər kiber zorbalıqda təqsirli bilinib.

Modern.az xəbər verir ki, Paris məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslər Bricit Makronun cinsiyyəti ilə bağlı əsassız iddialar irəli sürərək onu “trans qadın” və “pedofil” kimi təqdim edən şərhləri sosial şəbəkələrdə yaymaqda günahkar sayılıblar.

Məhkəmə bu iddiaların həqiqətə uyğun olmadığını və şəxsiyyətin alçaldılmasına yönəldiyini müəyyən edib.

İstintaq materiallarında bildirilir ki, təqsirləndirilən şəxslər xanım Makronun guya kişi olaraq doğulduğu ilə bağlı yanlış məlumatlar paylaşıb, həmçinin Makron cütlüyü arasındakı 24 yaş fərqinə istinad edərək təhqiramiz ifadələr işlədiblər. Qeyd olunur ki, 72 yaşlı Bricit Macron 48 yaşlı Emmanuel Makronun lisey müəllimi olub. Keçən ilin oktyabrında keçirilən iki günlük məhkəmə iclaslarında bəzi şəxslər paylaşımlarının “zarafat məqsədli” olduğunu iddia etsələr də, məhkəmə bu arqumentləri qəbul etməyib.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən biri 6 ay müddətinə azadlıqdan məhrum edilib, 8 nəfərə şərti həbs cəzası verilib. Bir nəfər isə həbs cəzası almadan digərləri birlikdə kiber zorbalıqla bağlı maarifləndirici təlimlərdə iştirak edəcək. Həmin şəxs məhkəmə zamanı üzr istədiyini bildirib. Bundan başqa, 10 nəfərin hamısı xanım Makrona mənəvi zərərin ödənilməsi üçün ümumilikdə 10 min avro təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, Bricit Makron daha əvvəl də oxşar iddialara görə məhkəməyə müraciət edib. 2021-ci ildə onun barəsində “trans fərd” iddialarını yayan iki bloqerə qarşı açılan işdə ilkin instansiya məhkəməsi tazminat qərarı çıxarsa da, sonradan apellyasiya mərhələsində qərar ləğv edilib və iş yenidən baxılmaq üçün gündəmə gəlib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır