Modern.az

Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir

Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir

Dünya

7 Yanvar 2026, 17:45

İtaliyada keçirilən Tour de Ski turniri zamanı sponsor loqotipini – “Azərbaycan” sözünü gizlətdiyinə görə cərimələnən erməni xizəkçi Mikael Mikaelyan bu addımı ilə "qürurlanıb".

Modern.az xəbər verir ki, erməni xizəkçi Ermənistanın “Azadlıq Radiosu”na müsahibəsində bu addımı qəsdən atdığını deyib.

İdmançının sözlərinə görə, yarış forması ona startdan təxminən iki saat əvvəl təqdim olunub və sinə hissəsində ölkəmizin adını gördükdən sonra bu yazı ilə yarışa çıxmamaq qərarına gəlib.

“Adı bağladım və starta çıxdım. Münsiflər heyəti buna yarışdan sonra diqqət etdi. Onlar hisslərimi başa düşdüklərini bildirdilər, lakin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qaydalarına əsasən bütün sponsorların loqotipləri görünməlidir”, – deyə Mikaelyan qeyd edib.

Qeyd edək ki, FIS qaydalarına görə, rəsmi turnirlərdə sponsor loqotiplərinin gizlədilməsi qayda pozuntusu hesab olunur və bu hal cərimə ilə nəticələnir. Maraqlıdır ki, onun cəriməsini Ermənistan Xizək və Snoubord Federasiyası ödəyəcək.

Xatırladaq ki, o, bir müddət əvvəl yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır