Modern.az

PKK-ya Hələbi tərk etməsi üçün verilən vaxt başa çatıb

PKK-ya Hələbi tərk etməsi üçün verilən vaxt başa çatıb

Dünya

9 Yanvar 2026, 10:34

Suriya Müdafiə Nazirliyinin YPG/SDG terror təşkilatına Hələbi tərk etmək üçün verdiyi son tarix başa çatıb.

Modern.az xəbər verir ki, Suriya ordusu YPG/SDG-yə qarşı hədəf əməliyyatları zamanı Hələb şəhər mərkəzindəki Əşrəfiyyə və Bəni Zeid məhəllələrini böyük ölçüdə nəzarətə götürdükdən sonra, Müdafiə Nazirliyinin təşkilatın şəhəri tərk etməsi üçün verdiyi son tarix başa çatıb.

Xatırladaq ki, dünən gecə şiddətlənən toqquşmalardan sonra Suriya hökumət qüvvələri Hələbin mərkəzində irəliləyib.  

Nazirliyin müvəqqəti atəşkəs elanında deyilirdi: "Silahlı şəxslərə yalnız yüngül şəxsi silah gəzdirməyə icazə veriləcək. Onların təhlükəsiz keçidi Suriya ordusu tərəfindən təmin ediləcək və ölkənin şimal-şərq bölgələrinə çıxmağa imkan verəcək".

Təşkilat Hələbi tərk etməsə, Suriya ordusunun hədəf əməliyyatlarını davam etdirməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır