Modern.az

İrandakı aksiyada prokuror və bir neçə zabit öldürülüb

İrandakı aksiyada prokuror və bir neçə zabit öldürülüb

Dünya

9 Yanvar 2026, 17:01

İranın şimal-şərqində yerləşən Şimali Xorasan vilayətində baş verən kütləvi iğtişaşlar zamanı prokuror Əli Əkbər Hüseynzadə və bir neçə təhlükəsizlik zabiti öldürülüb.

Modern.az xəbər verir ki, İranın dövlət televiziyasının məlumatına görə, bu barədə Xorasan vilayətinin baş hakimi Rza Baratizadə bildirib.

"Dünən axşam Esfarayen şəhərində baş verən iğtişaşlar zamanı şəhər prokuroru Əli Əkbər Hüseynzadə hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələri yerində izləyirdi. Əksəriyyəti Esfarayen və ya Şimali Xorasan vilayətinin sakinləri olmayan bir qrup iğtişaş iştirakçısı prokuror və təhlükəsizlik qüvvələrinin yerləşdiyi binanı yandıraraq tibb işçilərinin yardım göstərməsinə mane olub", - Baratizadə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır