Modern.az

İran etirazçıları edamla HƏDƏLƏDİ

İran etirazçıları edamla HƏDƏLƏDİ

Dünya

9 Yanvar 2026, 19:54

Tehranın prokuroru Əli Salehi İranda baş verən kütləvi iğtişaşlarda iştirak edən şəxslərin ölüm cəzası ilə üzləşə biləcəyini bildirib. 

 

Modern.az bu barədə İran mediasına istinadən xəbər verir.

 

O qeyd edib ki, dövlət və ictimai əmlaka ziyan vuran, həmçinin hüquq-mühafizə orqanları ilə qarşıdurmaya girən şəxslər ciddi məsuliyyət daşıyır. Salehi vurğulayıb ki, İran məhkəmə sistemi üçün vətəndaşların təhlükəsizliyinin təmin olunması prioritetdir və belə cinayətlərdə ən ağır cəza tətbiq oluna bilər.

 

İranda etiraz aksiyaları 2025-ci ilin dekabrında milli valyuta – rialın kəskin dəyər itirməsi fonunda başlayıb. Başlanğıcda etirazçılar qiymət artımı və valyuta kursundan narazılıqlarını ifadə edirdilər, lakin bəzi şəhərlərdə aksiyalar polis ilə toqquşmalara çevrilib və siyasi xarakter alıb. Həm hüquq-mühafizə orqanlarının, həm də iğtişaş iştirakçılarının arasında xəsarət alanlar və ölənlər olub.

 

İranın Ali Milli Təhlükəsizlik Şurası iğtişaşların təşkilində ABŞ və İsraili günahlandıraraq xarici müdaxilə olduğunu bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır