"Biz Qafqazda sülhü dəstəkləyən ABŞ-ın Azərbaycana önəm verdiyini və sülhün əldə edilməsi üçün Ermənistana təzyiq göstərdiyini görürük".
Modern.az xəbər verir ki. bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-də bildirib.
Onun sözlərinə görə, ABŞ-ın məqsədləri Türkiyənin regional məqsədləri ilə uyğun gəlir.
"Bu, hər şeyə aiddir: Rusiyadan tutmuş Azərbaycan-Ermənistan münaqişəsinə, Suriyadan tutmuş digər bölgələrədək", - Fidan əlavə edib.