Modern.az

İran səfirliyində dövlət bayrağı dəyişdirildi

İran səfirliyində dövlət bayrağı dəyişdirildi

Dünya

10 Yanvar 2026, 22:33

İranın Londondakı səfirliyi önündə asılmış dövlət bayrağı etirazçılar tərəfindən parçalanıb.

Modern.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, səfirlik önündəki dövlət bayrağı 1979-cu il İslam İnqilabından əvvəlki rəsmi bayraqla əvəzlənib.

Bu arada, İranda azı 200 etirazçının həbs olunduğunu bildirir. Əməliyyatlar zamanı onların gizləndiyi yerlərdən çoxlu sayda silah, sursat, qumbara və "Molotov kokteyli" müsadirə edilib.

İranlı "Hanzala" haker qrupu "Mossad"la əlaqəli olduğu iddia edilən 600 şəxsin kimliyini də açıqladığını bildirib. Onların iğtişaşların təşkilində və etirazların artmasında iştirak etdikləri iddia edilir. Dərc olunmuş hesabatda açıqlanan adlar arasında bir neçə tanınmış ictimai xadimin də olduğu deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır