ABŞ Arktikadakı şəxsi maraqlarına bəraət qazandırmaq üçün Rusiya və ya Çindən bəhanə kimi istifadə etməməlidir.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu sözlərlə Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin çıxış edib.
O vurğulayıb ki, Arktika beynəlxalq birliyin ümumi maraqlarına toxunan həssas bir bölgədir:
"Çinin Arktikadakı fəaliyyəti regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın möhkəmlənməsinə xidmət edir, həmçinin bu, beynəlxalq hüquq normalarına tam uyğundur".
Xatırladaq ki, bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, əgər Qrenlandiya Vaşinqtonun nəzarəti altında olmasa, orada Rusiya və ya Çin peyda olacaq.