Gürcüstanın dövlət büdcəsinə görə, 2026-cı ilin sonuna qədər ölkənin xarici dövlət borcu 38,8 milyard lari təşkil edəcək və bu borcun böyük hissəsi beynəlxalq banklara ödəniləcək.
Modern.az xəbər verir ki, dövlət büdcəsinə görə, Gürcüstanın 38,815 milyon lari borcunun 19,088,9 milyon larisi banklara ödəniləcək borcdur.
Ən böyük borc Asiya İnkişaf Bankına (7,075,9 milyon lari) və Dünya Bankınadır (6,399 milyon lari). Avropa İnvestisiya Bankı 3,379,8 milyon lari ilə borc baxımından üçüncü yerdədir.
Beynəlxalq banklara borclarla yanaşı, Gürcüstanın yeddi ölkəyə 1.286,2 milyon lari borcu var. Ən böyük məbləğlər Fransaya (2.293 milyon) və Almaniyaya (1.617,5 milyon) olan borclardır.
Gürcüstanın kreditorları arasında Avstriya, Yaponiya, Küveyt, Türkmənistan və ABŞ da var.
Ölkənin həmçinin 2026-cı ildə yenidən buraxılması planlaşdırılan 1.386,2 milyon lari avrobond borcu var.
Gürcüstanın xarici borcu 2,7 lari/1 dollar məzənnəsi ilə hesablanır.