Türkiyə İranda xaos istəmir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
"Biz qonşu İranda xaos istəmirik. Xarici müdaxilə yalnız daha dərin böhranlara səbəb olacaq", - o deyib.
"İran bizim qonşumuzdur. Biz vəziyyəti çox yaxından izləyirik. Əsas narahatlıqlarımızdan biri qardaş İran xalqımızın əziyyət çəkməməsini və ya çətinliklərlə üzləşməməsini təmin etməkdir. Aydındır ki, İranın problemləri var. İran cəmiyyəti və İran dövləti bu məsələləri özləri həll etməlidir. Xarici müdaxilənin son dərəcə mənfi nəticələri olardı", - Çelik əlavə edib.