Modern.az

İran səfiri bu ölkədən çıxarılır

İran səfiri bu ölkədən çıxarılır

Dünya

12 Yanvar 2026, 19:15

Avstraliyanın Baş naziri Entoni Albaniz İran hökumətinin hərəkətlərini pisləyib və onu "repressiv rejim" adlandırıb.

Modern.az xəbər verir ki, o, dəyişiklik, azadlıq və insan ləyaqəti uğrunda mübarizəsində İran xalqına dəstəyini ifadə edib. 

Baş nazirin sözlərinə görə, Kanberra İslam Respublikasının səfirini "İran rejiminin dağıdıcı beynəlxalq fəaliyyəti" və repressiya qurbanlarının sayı ilə bağlı rəsmi rəqəmlərə ciddi şübhələr səbəbindən ölkədən çıxarmaq qərarına gəlib.

Albaniz bildirib ki, İran hökuməti ilə əlaqəli qurumlar Avstraliya torpağında təxribat hücumlarının planlaşdırılmasında və həyata keçirilməsində iştirak ediblər. O bu cür hərəkətlərin ölkənin milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığını vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır