Modern.az

Konqresə Qrenlandiya ilə bağlı layihə təqdim edildi

Konqresə Qrenlandiya ilə bağlı layihə təqdim edildi

Dünya

13 Yanvar 2026, 00:53

Florida ştatından respublikaçı Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsini nəzərdə tutan qanun layihəsini Nümayəndələr Palatasına təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə konqresmenin rəsmi saytında yayımlanan bəyanatda deyilir.

 

Qanun layihəsinə əsasən, Amerika prezidentinə Qrenlandiyanın ilhaqı və ya digər yolla ABŞ ərazisinə birləşdirilməsi məqsədilə Danimarka Krallığı ilə danışıqlar aparmaq da daxil olmaqla, “zəruri tədbirlər görmək” səlahiyyəti verilir.

 

Qeyd olunur ki, bundan sonra Qrenlandiya ABŞ-ın ştatı hesab olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır