Ermənistanda Azərbaycandan yanacaq alışı fonunda benzin 20-30%ucuzlaşıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ölkədə premium benzinini 1 litri 480 dramdan 430 drama qədər ucuzlaşıb.
Paralel olaraq, ölkədə mayeləşdirilmiş təbii qazın (LNG) qiyməti artır.
Dünən axşama qədər yanacaqdoldurma məntəqələrində bu yanacağın çatışmazlığı yaşanırdı. Qiymət cəmi bir neçə gün ərzində 160 dramadan 260 drama yüksəlib.
Xatırladaq ki, Ermənistan LNG-ni əsasən Rusiyadan, bir hissəsini isə İran və İraqdan idxal edir.