Modern.az

Əsl İran belə olacaq - Şahın oğlu dünyaya bu vədləri VERDİ

Əsl İran belə olacaq - Şahın oğlu dünyaya bu vədləri VERDİ

Dünya

15 Yanvar 2026, 10:30

İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi dünən Prezident Donald Trampa ən yaxın senatorlardan biri olan Lindsi Qremlə görüşüb. Bu gün isə Rza Pəhləvi iddialı vədlərlə çıxış edib.

Modern.az xəbər verir ki, Rza Pəhləvi çıxışını sosial şəbəkələr üzərindən yayıb.

Rza Pəhləvi dünya ictimaiyyətinə bildirib ki, İslam Respublikasının boyunduruğu altında olan İran zehinlərdə terrorizm, ekstremizm və yoxsulluqla eyniləşdirilir. Amma əsl İran fərqlidir: gözəl, sülhsevər və çiçəklənən bir ölkə.

“Bu həmin İrandır ki, İslam respublikasından əvvəl mövcud olub, indiki rejim çökdüyü gün küllərindən həmin İran doğulacaq.

Yəni bu rejimin süqutundan sonra İran öz qonşularına və dünyaya qarşı necə azad davranacaq açıq şəkildə deyim:

Təhlükəsizlik və xarici siyasət sahəsində İranın nüvə hərbi proqramı başa çatacaq. Terror qruplaşmalarına dəstək dərhal dayandırılacaq. Azad İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və ekstremist islamçılığa qarşı mübarizə aparmaq üçün regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək.

İran bölgədə dost və sabitləşdirici qüvvə kimi çıxış edəcək. Və qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacaq.

Diplomatiyada ABŞ-la münasibətlər normallaşacaq, Amerika və xalqı ilə dostluğumuz yenidən canlanacaq. İsrail dövləti dərhal tanınacaq.

Biz “İbrahim sazişləri”nin genişləndirilməsini, azad İran, İsrail və Ərəb dünyasını bir araya gətirərək “Kir sazişləri”nə çevrilməsini davam etdirəcəyik.

Qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni bir fəsil başlayacaq.

Enerji sahəsində İran dünyanın ən böyük neft və qaz ehtiyatlarından birinə sahibdir. Azad İran azad dünya üçün etibarlı enerji təchizatçısına çevriləcək. Siyasət formalaşması şəffaf olacaq. İranın hərəkətləri məsuliyyətli olacaq. Qiymətlər proqnozlaşdırıla bilən olacaq.

Şəffaflıq və idarəetmə sahəsində İran beynəlxalq standartları qəbul edəcək və tətbiq edəcək. Çirkli pulların yuyulması ilə mübarizə aparılacaq. Mütəşəkkil korrupsiya ləğv ediləcək. Dövlət qurumları xalqa cavabdeh olacaq.

İqtisadiyyatda İran dünyanın son böyük istifadə olunmamış bazarlarından biridir. Əhalimiz savadlı, müasirdir və onu dünyanın dörd bir tərəfi ilə əlaqələndirən bir diasporla təmin olunub. Demokratik İran iqtisadiyyatını ticarətə, investisiyaya və innovasiyaya açacaq. İran özü də dünyaya investisiya qoymağa çalışacaq.

Fürsət təcridin yerini alacaq.

Bu mücərrəd xəyal deyil; milli maraqlara, sabitliyə və əməkdaşlığa möhkəm dayanan praktiki baxışdır.

Buna nail olmaq üçün indi İran xalqının yanında olmağın vaxtıdır. İslam Respublikasının süqutu və İranda dünyəvi, demokratik hökumətin qurulması təkcə xalqımın ləyaqətini bərpa etməklə kifayətlənməyəcək, həm də regiona və dünyaya fayda verəcək. Azad İran sülh, rifah və tərəfdaşlıq üçün bir qüvvə olacaq”, - Rza Pəhləvi bildirib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır