Modern.az

İrana hərbi müdaxiləyə qarşıyıq - Fidan

İrana hərbi müdaxiləyə qarşıyıq - Fidan

Dünya

15 Yanvar 2026, 14:28

Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat brifinqində İran və Suriya ilə bağlı hadisələri qiymətləndirib.

Modern.az xəbər verir ki, nazir İranın əsas beynəlxalq aktorlarla problemlərini həll etməsi və bölgəyə yayılacaq qeyri-sabit ssenarilərdən qaçınmasını Türkiyənin maraqlarında olduğunu deyib. O, İsrail və ABŞ-ın İrana hücum planları ilə bağlı məlumata da münasibət bildirib.

İsrail və ABŞ-ın İrana hücumları ilə bağlı ehtimalı təsdiqləyəcəyimiz bir şey deyil. Biz İrana hərbi müdaxilənin əleyhinəyik. İran öz daxili və real problemlərini həll etməlidir".

Nazir Suriyadakı hadisələrə də toxunub.

"Suriyada sabitliyi təmin etmək üçün 10 mart razılaşması mümkün qədər tez həyata keçirilməlidir. YPG/SDG əgər xoş niyyət nümayiş etdirmək istəyirlərsə, diplomatiya və dialoqa əsaslanan həll yoluna qoşulmalıdırlar. Ölkəni siyasi qurumlara bölmək, inanc və etnik mənsubiyyətə əsaslanan anklavlar yaratmaq bölünməyə dəvətdir",- o deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır