Modern.az

Ermənistanda əsgər ölümü - bir nəfər saxlanıldı

Ermənistanda əsgər ölümü - bir nəfər saxlanıldı

Dünya

16 Yanvar 2026, 15:40

Ermənistan İstintaq Komitəsi yanvarın 14-də baş vermiş əsgər ölümü ilə bağlı bir nəfəri saxlayıb.

Modern.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hərbçinin ölümü ilə bağlı açılmış cinayət işi üzrə ilkin istintaq zamanı bir şəxsə qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2 və 3-cü bəndləri (hərbçini ehtiyatsızlıqdan intihar həddinə çatdırma) ilə cinayət işi başlanıb.

"Şəxs saxlanılıb. Məhkəməyə həbs qətimkan tədbiri kimi vəsatət təqdim edilib", - İstintaq Komitəsi bildirib.

Xatırladaq ki, 14 yanvar tarixində, təxminən saat 9:50-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vaqan Petrosyanın üzərində güllə yarası olan meyiti aşkar edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır