Modern.az

Trampdan İranla bağlı daha bir vacib açıqlama

Trampdan İranla bağlı daha bir vacib açıqlama

Dünya

17 Yanvar 2026, 09:30

ABŞ Prezidenti Donald Tramp İranda yaşaış xərclərinin artması və inflyasiya səbəbilə başlayan, qısa müddətdə isə kütləvi və şiddətli etirazlara çevrilən hadisələr zamanı saxlanılaraq edam cəzasına məhkum edilmiş şəxslərlə bağlı yeni açıqlama verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəlki çıxışlarında Tehran rəhbərliyini edam cəzalarını dayandırmağa çağıran Tramp, İran hökumətinin bu çağırışlara müsbət cavab verməsindən məmnunluğunu ifadə edib.

ABŞ Prezidenti sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İran hakimiyyətinə təşəkkür edərək, “İran hökumətinin icra olunması nəzərdə tutulan 800-dən çox edam hökmünün hamısını ləğv etməsinə böyük hörmət bəsləyirəm”, - deyə qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır