Modern.az

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edildi

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edildi

Dünya

17 Yanvar 2026, 12:47

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

"Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib", - məlumatda bildirilib.

K.Abubakirov bu vəzifədə Sultan Kamaletdinovu əvəz edib.

Qeyd edək ki, K.Abubakirov 2024-cü ilin yanvarından yeni təyinatadək müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır