Modern.az

Suriya ordusu Rəqqanın mərkəzində

Suriya ordusu Rəqqanın mərkəzində

Dünya

18 Yanvar 2026, 18:47

Suriya ordusunun ön bölmələri ölkənin şimal-şərqində yerləşən Rəqqa şəhərinin mərkəzi rayonlarına daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Suriya hərbi nümayəndəsinə istinadla məlumat yayıb.

 

Fərat çayının sahilində yerləşən və eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər Dəməşqdən təxminən 520 kilometr şimal-şərqdə yerləşir.

 

Məlumata görə, hökumət qoşunları daha əvvəl ölkənin şimal vilayətlərini birləşdirən strateji əhəmiyyətli Hələb-Rəqqa-Deyr-əz-Zor avtomobil yoluna nəzarəti də təmin edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır