Modern.az

Hindistan Ermənistana raket göndərdi - RƏSMİ AÇIQLAMA

Hindistan Ermənistana raket göndərdi - RƏSMİ AÇIQLAMA

Dünya

18 Yanvar 2026, 21:44

Hindistanın “Solar Defence and Aerospace Limited” (SDAL) zavodundan Ermənistana ilk “Pinaka” idarə olunan raketlər göndərilib.

Modern.az xəbər verir ki, bu sözləri Hindistanın müdafiə naziri Racnat Sinqh deyib.

Hindistan mediasının məlumatına görə, Ermənistan əvvəllər dörd “Pinaka” batareyasının tədarükü üçün müqavilə imzalanıb. Müqaviləyə çoxlüləli sistemlər və digər müdafiə avadanlıqları üçün idarə olunan raketlərin ixracı da daxil idi.

Buraxılış sistemlərinin çatdırılması 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayına qədər başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır