Modern.az

Ukrayna yeni hücuma hazırlaşır

Ukrayna yeni hücuma hazırlaşır

Dünya

18 Yanvar 2026, 22:03

Ukrayna müdafiəsini davam etdirəcək, eyni zamanda, hücum əməliyyatları aparacaq.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski LB.ua-ya verdiyi müsahibədə 2026-cı ilin planlarını açıqlayarkən bildirib.

 

O deyib ki, qələbə müdafiə yolu ilə əldə edilə bilməz. “Rusiyanın 2026-cı il üçün qlobal planları dəyişməyib. Rusiya bütün Ukraynanı hədəf alır və planlarına sadiq qalır", - deyə Baş Komandan vurğulayıb.

 

Sırski diqqətə çatdırıb ki, ölkəsinin hücum planı rusların müdafiə qüvvələrinin aktiv hərəkətlərinin qarşısını almaq üçün xeyli canlı qüvvə, silah və sursat yerləşdirilməsi və geri çəkilməyə məcbur olma ilə nəticələnir.

 

Xatırladaq ki, Ukrayna ordusu 2025-ci ilin avqustundan oktyabrına qədər Donbasda əks-hücum əməliyyatı keçirib. Aleksandr Sırskinin sözlərinə görə, həmin vaxt Ukrayna qüvvələri düşmənin hücum qrupunu darmadağın edib və Pokrovskdan şimalda 430 kvadratkilometrdən çox ərazini azad edib. Bundan əlavə, ruslar bu döyüşlərdə 13 mindən çox əsgər itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır