Modern.az

Davosun gündəliyi dəyişdi 

Davosun gündəliyi dəyişdi 

Dünya

18 Yanvar 2026, 23:55

Qərb ölkələrinin liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri yanvarın 19–23-də keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Davosda planlaşdırılan görüşün gündəliyinə Qrenlandiya məsələsinin daxil edilməsi üçün dəyişiklik ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin yazdığına görə, ilkin olaraq görüşün Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunması nəzərdə tutulurdu.

 

Lakin sonradan planlar yenilənib və müşavirlərin Qrenlandiya mövzusunu da müzakirə etməsi qərara alınıb.

 

Qeyd olunur ki, danışıqlar yanvarın 19-da keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır