Modern.az

Çin də Tayvanla bağlı hərəkətə keçdi

Çin də Tayvanla bağlı hərəkətə keçdi

Dünya

19 Yanvar 2026, 14:24

Çin ilk dəfə Tayvanın hava məkanına hərbi pilotsuz uçuş aparatı (PUA) göndərib.

Modern.az xəbər verir ki, Çin kəşfiyyat dronu Pratas adasının hava məkanında təxminən 4 dəqiqə qalıb və beynəlxalq radio tezliklər vasitəsilə xəbərdarlıq verildikdən sonra ərazini tərk edib. 

Çin ordusu təyyarənin "qanuni təlimlər keçirdiyini bildirərək faktı təsdiqləyib.

Həmçinin, ötən gün Çin ordusu Tayvan boğazından keçən idarə olunan raket esminesi USS John Finn və ABŞ okeanoqrafik tədqiqat gəmisini izlədiyini bildirdi. ABŞ adətən Çinin hərbi təlimlərindən sonra bu gəmiçilik kanalına hərbi gəmilər göndərir.

Xatırladaq ki, Tayvan adası 1949-cu ildən etibarən Çindən de-fakto müstəqildir. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır