Modern.az

Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu

Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu

Dünya

19 Yanvar 2026, 18:31

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə əlaqədar yeni tariflərlə hədələməsindən sonra Avropa avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə aşağı düşüb.

Modern.az bu barədə "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Xüsusilə, "Mercedes-Benz AG" səhmləri 6,7 faiz, BMW 7 faiz və "Volkswagen" səhmləri 5,4 faiz ucuzlaşıb. Bundan əlavə, "Porsche" səhmlərinin qiyməti də təxminən 5 faiz azalıb.

Agentlik xatırladıb ki, ötən həftənin sonunda Ağ Ev rəhbəri Avropa mallarına əlavə 10% tarif tətbiq olunduğunu elan edib. Şirkətlərin əsas bazarı Amerika olduğu üçün tariflər onlara xüsusilə təsir edib.

Avropa avtomobil sənayesi artıq Trampın artıq tətbiq etdiyi tariflərdən təzyiq altındadır. Hazırda Avropa Birliyindən idxal edilən əksər avtomobil və komponentlərə tariflər 15 faiz təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır