Modern.az

Əfsanəvi modelyer vəfat etdi

Əfsanəvi modelyer vəfat etdi

Dünya

19 Yanvar 2026, 21:47

İtaliyalı modelyer, "Valentino" moda evinin qurucusu Valentino Qaravani 93 yaşında Romadakı evində vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Qaravani Mədəni-Tarixi Fondu açıqlama yayıb.

Dəfn mərasimi yanvarın 23-də saat 11:00-da Roma şəhərinin mərkəzində, Respublika meydanı, 8 ünvanında yerləşən Santa-Maria-degli-Angeli bazilikasında keçiriləcək.

Valentino Qaravani 1932-ci ildə İtaliyanın şimalında anadan olub. Məktəbdən sonra Milandakı İncəsənət Akademiyasında və Parisdəki Yüksək Moda Sindikatının məktəbində təhsil alıb. Bundan əlavə, o, fransız modelyerləri Jan Desse və Gi Laroşanın yanında təcrübə keçib. İtaliyaya qayıtdıqdan sonra Romada öz tikiş emalatxanasını açıb. 1960-cı illərin əvvəlində Cankarlo Cammetti ilə birlikdə "Valentino" moda evini təsis edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır