Modern.az

Məşhur dizaynerin dəfn yeri açıqlandı

Məşhur dizaynerin dəfn yeri açıqlandı

Dünya

20 Yanvar 2026, 09:20

“Valentino” moda evinin qurucusu, italyan modelyer Valentino Qaravani 93 yaşında vəfat edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Valentino Qaravani 19 yanvarda Romadakı malikanəsində, yaxınlarının əhatəsində vəfat edib. Onun anım mərasimi 21 və 22 yanvar tarixlərində Piazza Mignanelli meydanında keçiriləcək. Dəfn mərasimi cümə günü Santa Maria degli Angeli e dei Martiri Bazilikasında olacaq.

V.Qaravani 11 may 1932-ci ildə İtaliyanın şimalındakı Voghera şəhərində anadan olub. 17 yaşında Parisə köçüb, orada Ecole des Beaux-Arts və Haute Couture Sindikatında təhsil alıb. 1959-cu ildə Valentino Qaravani Romaya qayıdıb və bir il sonra ortağı Giancarlo Giammetti ilə birlikdə moda evi qurub.

Beynəlxalq sifarişlərə səbəb olan ilk sərgisi 1962-ci ildə Florensiyada baş tutub. Onun ilk müştəriləri arasında qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin xanımı Jaklin Kennedi də var idi. O, ərinin anım mərasimi zamanı geyinmək üçün altı don sifariş etmişdi.

1998-ci ildə Valentino Qaravani və Giancarlo Giammetti “Valentino” brendini İtaliya konqlomeratı HDP-yə 300 milyon dollara satdılar və 2002-ci ildə onu Marzotto Appareli əldə etdi. V.Qaravani Parisdəki son şousundan sonra 2007-ci ildə modadan ayrıldığını elan etmişdi.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır