ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Qəzza Sülh Şurasına qoşulmağa dəvət etdiyini təsdiqləyib.
"Bəli. Onu dəvət etmişik", - deyə Tramp xarici KİV-ə bildirib.
Modern.az-ın məlumatına görə, Fransa prezidenti Makronun Sülh Şurasına qoşulmayacağı ilə bağlı açıqlaması barədə nə düşündüyü soruşulduqda, Tramp belə cavab verib:
"O, bunu deyib? O, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsindən gedəcək. Əgər onlar aranı qarışdırsalar, mən onun şərabına və şampanına 200 faiz tarif tətbiq edəcəyəm və o, Şuraya qoşulacaq".