“NATO-nun baş katibi Mark Rutte də daxil olmaqla, Avropa liderlərinin açıqlamaları Rusiya ilə müharibəyə hazırlıqdan xəbər verir”.
Modern.az xəbər verir ki, "Kommersant" qəzetinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov xatırladıb ki, Ukraynadakı hərbi münaqişə nəzərə alınmaqla, Rusiya "bu böhranın kök səbəblərini aradan qaldırmağı" zəruri hesab edir. Onun sözlərinə görə, Qərb ölkələri Ukraynanı "Rusiyanın təhlükəsizliyinə təhdidə" çevirmək üçün illərdir bu kök səbəbləri qəsdən yaradırlar.
Rusiyanın XİN başçısı deyib: "Əgər Avropa siyasətçiləri və liderlərinin - Kaja Kallas, Ursula fon der Leyen, Merts, Starmer, Makron, Ruttenin - açıqlamalarını oxusanız, onlar Rusiya Federasiyasına qarşı müharibəyə ciddi şəkildə hazırlaşırlar və əslində bunu gizlətmirlər".