Modern.az

Bakılı məmur 3 kiloqram kürü ilə yaxalandı

Bakılı məmur 3 kiloqram kürü ilə yaxalandı

Dünya

20 Yanvar 2026, 15:05

Rusiyada Xabarovsk diyarı hökumətinin sədr müavini Arkadi Mkrtıçevlə bağlı qalmaqal davam edir. 

Modern.az xəbər verir ki, o 2015-ci ildən 2018-ci ilə qədər Xabarovsk diyarı hökumətinin sədr müavini vəzifəsində çalışıb. Bu dövrdə onun adı büdcə mənimsəmələri ilə əlaqələndirilirdi. Keçmiş məmur Xabarovsk şəhər bulvarının tamamilə bərbad vəziyyətə salınmasında və büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Yaxınlarda o, həmçinin Moskvanın Vnukovo hava limanında 3 kiloqram qara kürü ilə yaxalanıb və bu da cinayət ittihamlarına səbəb olub. 

Xatırladaq ki, Arkadi Mkrtıçev 1954-cü il oktyabrın 1-də Bakıda anadan olub. O, Bakı ali hərbi komandirlər məktəbini bitirib. Əslən Bakıdan olan məmur Rusiya ordusunda general-leytenant rütbəsinə qədər yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır