Modern.az

Suriya ordusu Haseke bölgəsində irəliləyir

Suriya ordusu Haseke bölgəsində irəliləyir

Dünya

20 Yanvar 2026, 15:10

Suriya ordusunun bölmələri YPG/SDG terror təşkilatının işğalı altında olan Haseke bölgəsinə doğru irəliləyir.

Modern.az “Hürriyyet”ə istinadən xəbər verir ki, Suriya ordusunun Hasekedə tədricən dörd nöqtəyə yerləşdiriləcəyi bildirilir.

Xəbərdə qeyd olunub ki, Suriya hökuməti ilə YPG/SDG terror təşkilatı arasında əldə edilən atəşkəs və tam inteqrasiya müqaviləsindən sonra Haseke və Ayn əl-Ərəb ətrafında dayanan qarşıdurmalar yenidən başlayıb.

YPG/SDG İŞİD terrorçularını azad etdikdən sonra əməliyyata başlayan Suriya xüsusi əməliyyat bölmələri Şəddadi şəhərinə daxil olub.

Suriya ordusunun bu gün başlatdığı "Haseke əməliyyatı" nəticəsində PKK militanlarının nəzarətində qalan son bölgənin də təmizlənəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada